Newscenter.az.15.07.2021. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, iclasda şuranın Reqlamenti, Əsasnaməsi, Fəaliyyət planı və cari məsələlər müzakirə edilib.
Reqlament səsvermə əsasında qəbul olunub. Əsasnamənin digər şura üzvləri arasında müzakirəyə çıxarıldıqdan sonra növbəti iclasda təsdiqlənməsi təklifi səsə qoyularaq qəbul edilib.
Sonra İctimai Şuranın Fəaliyyət planının müzakirəsi dinlənilib. Daha sonra cari məsələlərə baxılıb. Bir sıra məsələlərlə yanaşı, şəhid və qazi ailələrinin telefon və internet problemlərinin həll edilməsi istiqamətində işlərin görülməsi müzakirə predmeti olub.
Sevinc