Newscenter.az.15.07.2021. Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə geri dönüb.
Bu barədə Newscenter.az-a Fonddan məlumat verilib.
Bildirilib ki, həmin şəxslər aşağıdakılardır:
- Məmmədov Cəfərsadiq Zeydulla oğlu
- Rəcəbli Rza İsmayıl oğlu
- Kərimov Röyal Şəhadət oğlu
Qeyd olunub ki, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
Həmçinin bildirilib ki, onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 70 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Sevinc