Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili və icra başçısı şəhid ailələrini ziyarət edib-FOTOLAR



Newscenter.az.16.07.2021. Milli Məclsin deputatı Jalə Əhmədova və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 59 saylı Salyan seçki dairəsinin ərazisində yerləşən Salyan şəhəri, həmçinin​ qəsəbə və kəndlərdə yaşayan Şəhid ailələrini ziyarət edib.

Newscenter.az xəbər verir ki, bu barədə facebook sosial şəbəkə hesabında məlumat verən deputat Jalə Əhmədova qeyd edib ki, ziyarətlər zamanı Vətən müharibəsi Şəhidlərinin ailələrinin problemləri ilə maraqlanıblar:

"Müqəddəs Qurban bayramı münasibəti ilə hər bir ailəyə bayram sovqatı təqdim etdik. Onları narahat edən məsələlərlə bağlı dəstəyimizi əsirgəməyəcəyimizi bildirdik. Xüsusi olaraq qeyd edim ki, dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına əsasən hər bir Şəhid və qazi ailələrinə lazımınca yardım və dəstək göstərilir. Mənzil, avtomobillə təmin edilir, mənzil şəraitinin yaxşılaşdırılması, işlə təminat məsələləri yüksək səviyyədə həll olunur.

Ziyarət etdiyimiz Şəhid ailələrinin timsalında bunun bir daha şahidi oldum. “YAŞAT” fondu tərəfindən təmir etdirilən mənzillər, həyətyanı sahənin ətrafının hasarlanması, mənzillərin lazım olan məişət avadanlıqları ilə tam təmin edilməsi bunun bariz nümunəsidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun sıralarında qəhrəmancasına vuruşaraq torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirəm".

Ruhiyyə

Xəbəri paylaş