Göygöldə hərbçiləri daşıyan yük avtomobili aşıb, 10-dan çox yaralı var
Tarix: 17-07-2021, 19:17
Newscenter.az.17.07.2021. Göygöl rayonu, Aşıqlı kənd ərazisindən keçən hissədə Daxili Qoşunların hərbçilərini daşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
“Report”un Qərb bürosunun məlumatına görə, nəticədə 10-dan çox hərbçi xəsarət alıb.
Onlardan bir neçəsinin xəsarəti ciddidir.
Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.