Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Ağalar Vəliyev 1000-ə yaxın şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı göndərib



Newscenter.az.18.07.2021. Milli Məclisin deputatı Ağalar Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsinin seçicilərinə Qurban Bayramı münasibətilə təbrik ünvanlayıb.

Newscenter.az-ın xəbərinə görə, təbrikdə qeyd olunur ki, hazırda ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlətimizin siyasətinin əsas prioritetlərindəndir.

Bu il Qurban bayramı Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan böyük qələbə, işğal altında olan torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi şəraitində qeyd olunur.

Xalqımızın birliyini daha da gücləndirən, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən müqəddəs Qurban Bayramı günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə dualar oxunur, qurbanlar kəsilir, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ölməz xatirələri minnətdarlıqla yad olunur və igid qazilərimizə şəfalar dilənilir.
Millət vəkili insanları mərhəmətə, qardaşlığa və həmrəyliyə səsləyən mübarək Qurban Bayramı münasibəti ilə seçicilərinə səmimi təbriklərini və xoş arzularını yetirib.

Deputatın ofisindən daxil olan məlumata görə, Ağalar Vəliyevin təşəbbüsü ilə bayram münasibətilə xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla 97 saylı Seçki Dairəsinə daxil olan Goranboy, Ağdam və Tərtər rayonlarının yaşayış məntəqələrindən 1 000-ə yaxın şəhid, qazi, əlil və aztəminatlı ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.

Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib və bu kimi aksiyaların bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi onlara bildirilib.

Mehman
Xəbəri paylaş