Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Könül Nurullayeva Monteneqroda bir sıra görüşlər keçirib-FOTOLAR



Newscenter.az.18.07.2021. 13-17 iyul tarixləri arasında Monteneqroda baş tutan Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentin plenar sessiyasında iştirak edən Milli Məclisin deputatı Könül Nurullayeva sessiya çərçivəsində bir sıra görüşlər də keçirib.

Könül Nurullayevanın Deputat Qərargahından Newscenter.az-a bildirilib ki, millət vəkili Könül Nurullayeva Monteneqro Parlamentinin prezidenti Aleksa Becic, bu ölkənin xarici İşlər naziri Dorde Radulovic, Sülh və Tolerantlıq üzrə Beynəlxalq Parlamentin prezidenti Ahmed Alcarvan, qurumun Baş Məclisinin prezidenti Haqqer İsmail İbrahim Abouqballa görüşüb.

Millət vəkili həmçinin sessiyada iştirak edən Kolumbiya Parlamentinin üzvü və Beynəlxalq Parlamentin spikeri Marqarita Restrepo, Qvatemala Konqresinin prezidenti Allan Eestardo Rodriquez, Parlamentlərarası Birliyin prezidenti Duarte Paçeko və digər qonaqlarla da görüşərək ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıb.

Deputat Könül Nurullayeva eyni zamanda Monteneqroda fəaliyyət göstərən Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə və Azərbaycan Respublikasının Monteneqrodakı səfirliyinin nümayəndəsi Orxan müəllimlə də görüşüb. Görüş zamanı iki ölkə arasındakı əlaqələrin gələcək inkişafı haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda, diplomatik, iqtisadi və mədəni sahələrdəki əməkdaşlıq müzakirə edilib. Millət vəkili əmin olduğunu bildirib ki, bu səfər Monteneqro-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcək.

Ruhiyyə

Xəbəri paylaş