Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Prezidenti Rusiyada Putinlə hansı məsələləri müzakirə edəcək?



Newscenter.az.19.07.2021. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata əsasən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Moskvaya işgüzar səfər edəcək və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Peskov onu da əlavə edib ki, tərəflər arasında hansısa sənədin imzalanması gözlənilmir.

Hesab edirəm ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin Rusiyaya qəfil səfəri haqqında məlumatlar yenicə yayılsa da, regionda baş verən proseslərin fonunda bu səfərin reallaşması gözlənilən idi. Ona görə ki, 10 noyabr 2020 və 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyannamələrdən sonra rus "sülhməramlıları"nın nəzarət etdiyi ərazilərdən erməni terrorçu dəstələrinin atəşkəsi pozaraq Azərbaycanın mövqelərini atəşə tutması və Azərbaycan silahlı qüvvələrinin buna qarşılıq göstərməsi, Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi, Azərbaycanın həm Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə, həm də rus "sülhməramlıları"nın xidməti nizamnamədən kənara çıxan fəaliyyətlə məşğul olmasına qarşı ciddi arazılığı bu görüşü labüd edirdi.

Ola bilsin ki, Azərbaycan prezidenti ilə Rusiya prezidenti arasında görüş baş tutması zamanı qeyd etdiyim məsələlər də müzakirə edilsin, amma əsas fikrin Qarabağ ətrafında baş verən prosesləri əhatə edəcəyini düşünmək olar.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş