Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda daha 148 nəfər COVID-19-a yoluxub



Newscenter.az.19.07.2021. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 338 586 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 350 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib. 2 242 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 022, bu günə qədər isə ümumilikdə 3 920 841 test icra olunub.
Xəbəri paylaş