Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çətin məqamda, kədərli anda hər kəsin yanında olan ƏN YAXIN ADAM



Newscenter.az.19.07.2021. Təbiət qadına analıq səadəti bəxş edəndə bir böyüklük də ərməğan verir. Onun mərhəmət duyğuları güclənir, məsuliyyəti artır. Harada bir körpə ağlasa, onu özününkü sayır. Harada bir ehtiyaclı ana görsə, ona əl tutmağa can atır. Dünyanın hər hansı bir yerindən gələn top-tüfəng səsini lap yaxınlıqda hiss edir. Şadlananla sevinməyi, dərdli ilə kədərlənməyi bacarır... Azərbaycan anasına bu duyğular böyük səxavətlə verilib, ona ən ali mərhəmət hisslərindən daha çox pay düşüb. Bu gün biz bu timsallı ananı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın nümunəsində görürük.

Azərbaycanın bir xoşbəxtliyi də ondadır ki, Prezidentinin belə ömür-gün yoldaşı, dostu və silahdaşı, xalqının belə xeyirxahı, qayğıkeşi, analarının və körpələrinin belə həmdəmi, himayədarı var!

Azərbaycanın Vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri,Azərbaycanin birinci xanimi... Bu adların hər birinin arxasında böyük məsuliyyət, zəhmət və səriştə tələb edən vəzifələr dayanır. Onların hər birini layiqincə yerinə yetirmək üçün səbir, düşüncə, bilik və təcrübə vacibdir, əməli işlər görmək lazımdır.

Azərbaycanın birinci xanımının xalqımızın həyatındakı son günlərdə qələbə, qürur və bunları bizə bəxş edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğullarımız üçün yaşadığımız kədər dolu olaylara münasibəti daha aydın göründü. Heydər Əliyev Məscidində Mehriban Əliyeva adından şəhid olmuş hərbçilərə ehsan verildi. Tədbirin rəsmi adı belə idi. Əslində isə Azərbaycanın birinci xanımı öz ciyərparasını itirmiş anaların, körpəsi atasız qalmış gəlinlərin dərdinə şərik çıxması, kədərini bölməsi və bütün bunlarla bahəm onlara təsəlli verməsi, vətən yolunda qəhrəmanlıq göstərmiş əzizləri üçün qürur keçirməli olduqlarını deməsi idi. Bunları deyərkən özünü də qəhər boğdu, kövrəldiyini gizlədə bilmədi. Bu da ana qəlbinə xas olan əlamətdir...

Hospitalda hərbçilərimizlə görüşdə kövrələn Birinci vitse-prezident Mehriban Əliyeva çox keçmədi ki, qədim Şuşamızda, Cıdır Düzündə "Xarı Bülbül" festivalında xalqımızla bir yerdə böyük qələbə sevincini qeyd edərkən Ulu Öndərin səs yazısını eşidib, bir daha kövrəlməsinin şahidi olduq.....

Çətin məqamda, kədərli anda hər kəsin yanında ən yaxın adamı olar. Dərdli insanın göz yaşını həmişə ya bacısı silər, ya da anası. Mehriban xanım bunu da etdi, böyük Analıq missiyasını bu dəfə də qəlbindən qaynaqlanan bir təbiiliklə yerinə yetirdi.

Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı
Xəbəri paylaş