Newscenter.az.19.07.2021. 15 saylı Yasamal seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Ülvi Quliyev Qarabağ müharibəsi qazilərinə göndərdiyi qurban payı istifadə üçün yararsız olub.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Vətən müharibəsi iştirakçısı Namir Həsənli verib. Facebook profilində paylaşdığı məlumatda Namir Həsənli bildirib ki, yaşadığı ərazinin JEK-indən verilən qurban payının deputat Ülvu Quliyev tərəfindən göndərildiyi qeyd edilib.
Namir Həsənli deputatın göndərdiyi qurban ətinin iylənmiş olduğunu diqqətə çatdırıb və bununla bağlı profilində fotolar və video paylaşıb.
P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Video ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://www.facebook.com/NamirHasanliJamil/videos/3098124330418130
NEWSCENTER.AZ