Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb



Newscenter.az.19.07.2021. Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik vasitə­lərin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu barədə Newscenter.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirili ki, son günlərdə DSX-nin Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 28 kiloqram 390 qram narkotik vasitəyə bənzər maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Yardımlı rayonunun Perimbel kəndi, Cəbrayıl rayonunun Mahmudlu kəndi və Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavalarının xidməti sahəsində naməlum şəxslər tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub.

Sərhəd zastavaları “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazilər qapadılıb, sərhəd naryadları tərəfindən sərhəd pozucularının təqibi başlanılıb, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.

Sərhəd naryadlarının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq, havanın qaranlıq, ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçıblar.

Keçi­ril­miş axtarış təd­birləri nəticəsində Yardımlı rayonunun ərazisində bir kisədə ümumi çəkisi 7 kiloqram 225 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”) və bir ədəd gecəgörmə cihazı, Cəbrayıl rayonunun ərazisində isə bir ədəd bağlamada ümumi çəkisi 11 kiloqram 465 qram və Astara rayonunun ərazisində idman çantasında 9 kiloqram 700 qram narkotik vasitəyə bənzər maddələr aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mehman
Xəbəri paylaş