Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qadın voleybolçularımız Avropa çempionatına hazırlığı davam etdirir



Newscenter.az.20.07.2021. Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Bakıda davam etdirir. Hazırlıq planına uyğun olaraq yığmamız iyulun 26-na kimi paytaxtda təlim-məşqlərlə bərabər bir neçə yoxlama görüşü də keçirəcək.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, rəqib Avropa çempionatının iştirakçıları olacaq Belarus və Macarıstan milliləridir. Hər iki komanda artıq Bakıdadır və bu gün AVF-nin idman zalında ilk məşqini keçirib.

Yoxlama oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçiriləcək.

21 iyul
16:30. Azərbaycan –Macarıstan (FHN)
22 iyul
16:30. Azərbaycan – Belarus (FHN)
23 iyul
16:30. Azərbaycan – Macarıstan (AVF)
25 iyul
10:30. Azərbaycan – Belarus (AVF)

Sevinc
Xəbəri paylaş