Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərdar Ünsal: “Bu gün Qarabağda qılınan bayram namazı ilə çok xoşbəxt və sevincliyik”



Newscenter.az.20.07.2021. "Builki Qurban Bayramında çok sevincliyik. Çünki 30 ildir işğal altında saxlanılan Qarabağ işğaldan azad edilib, Türk düşməni olan ermənilər Türk yurdu olan Qarabağdan çıxarılıb”.

Bu fikirləri Newscenter.az-a İqdır Azərbaycan Evinin rəhbəri Sərdar Ünsal səsləndirib. O bildirib ki, dünənə qədər erməni bayrağı dalgalanan torpaqlarda artıq üçrəngli Azərbaycan bayrağı dalgalanır:

“Bu gün Qarabağda qılınan bayram namazı ilə çok xoşbəxt və sevincliyik. Bu bayram müsəlman aləminə, Türk dünyasına sabitlik, sevinc və sülh gətirsin. Əzan səsləri heç zaman susmasın. Qurban bayramınız mübarək olsun”.
Xəbəri paylaş