Newscenter.az.20.07.2021. İslam aləminin müqəddəs bayramı olan Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. Bu bayram həm də hamıya saflıq, təmizlik gətirir.
Newscenter.az xəbər verir ki, Yevlax şəhər İcra Hakimiyyətinin tərəfindən Müqəddəs Qurban bayramı münasibəti ilə Qarabağ müharibəsi, Vətən müharibəsi şəhidlərinin, qazilərinin, iştirakçılarının ailələrinə, əlillərə, şəhərin abadlıq, quruculuq, yaşıllaşdırma işlərində çalışanlara, sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə qurban payları verilb.
Bayram payı alan ailələr bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul edilməsini, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
NEWSCENTER.AZ