Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aparılan genişmiqyaslı islahatların meyvələrini bu gün artıq görməkdəyik



Newscenter.az.21.07.2021. 11 il Vətəndən kənarda yaşayan mühacir Elnur Məcidli bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanladığı müraciət əsasında uzun fasilədən sonra Azərbaycana qayıda bilib. İki həftəyə yaxın doğma Vətəndə olan Elnur Məcidli Parisə geri qayıdarkən Azərbaycanla qısa müddətdə müşahidə etdiyi proseslərlə bağlı sosial şəbəkədə fikirlərini bölüşüb. Newscenter.az Elnur Məcidlinin həmin fikirlərini təqdim edir:

Geriyə dönüş vaxtıdır. 11 ildən sonra doğma vətənim Azərbaycana etdiyim səfər bu gün başa çatır. 13 günlük bu qısa səfəri, çox böyük təəssüratlarla, nikbinliklə və yeni motivasiya ilə sonlandırıram.

Lakin, bu son səfər deyil, artıq vətənə yolumuz açılıb, bu səfərlərin bundan sonra davamlı olacağını düşünürəm.

Azərbaycanda qaldığım müddətdə, əsas vaxtımı, administrativ işlərə, görüşlərə, ailəvi məsələlərə, qohum ziyarətlərinə və kiçik miqyasda yaxın dostlara həsr elədim.

Bununla belə, vaxt qıtlığından görüşə bilmədiyim xeyli sayda qohum, dost-tanış qaldı, üzrlü hesab etmənizi, ölkəyə gələrkən də sizdən istirham etmişdim.

Qısamüddətli səfərdən qaynaqlanan zaman məhdudiyyəti, hər kəslə görüşməyi fiziki olaraq imkansız etdi.

Ölkəyə qayıtmağımla əlaqədar bir neçə media orqanına yazılı, görüntülü və telefonla müsahibə vermə imkanım oldu.
Gəlişimlə bağlı məsələləri aydınlatmağa çalışdım, dönüşdə, doğma vətəndə dolu-dolu keçən 13 günü və təəssüratlarımı əks etdirəcək yazı seriyası yazmaq niyyətindəyəm.

11 ildən sonra ölkəyə gəlişim, mənə ötən müddət ərzində baş verən dəyişiklikləri müqayisəli təhlil etmə imkanı verdi.
Mənim gəlişim, həmçinin qürbət ölkələrdə bu və ya digər səbəblərlə ilişib qalmış, ölkəyə qayıtmaqdan çəkinən bir çox ictimai fəal və vətəndaş üçün nümunə ola bilər.

Müsbət dəyişikliklər fonunda, aparılan genişmiqyaslı islahatların meyvələrini bu gün artıq görməkdəyik və mən inanıram ki, hər il bundan daha da yaxşı olacaq.

Siyasi islahatlar prosesində bir-birinə qarşı qütblər arasında sivil münasibətlərin formalaşması və bu münasibətlərin davamlı inkişaf etdirilməsi sevindiricidir.

Siyasət, hər hansı emosionallığı, kini, qəzəbi sevmir, rasionallıq, konstruktiv mövqe nümayişi, bu ölkənin gələcək inkişafını sürətləndirəcək və dövlətçiliyimizi daha da gücləndirəcəkdir.

Tünd sirkə, sadəcə öz qabını çatladır deyimi doğrudur.

Yuxarıda qeyd etdiyim kimi, fikirlərimi daha geniş şəkildə çatdırmaq üçün qələmə alacağım yazılar olacaq.
Eyni zamanda sizi, Qurban bayramı münasibətiylə təbrik edir, sizə xoş və firəvan həyat arzu edirəm.
Allaha əmanət olun.

Elnur Məcidli-Fransada yaşayan soydaşımız
Xəbəri paylaş