Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat 800-dən çox ailəyə bayram sovqatı göndərib



Newscenter.az.21.07.2021. ​Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü ilə Qurban bayramı ilə əlaqədar Goranboy rayonu və Naftalan şəhəri ərazisində yaşayan 800-dən çox şəhid ailəsinə, Qarabağ qazilərinə, Çernobıl əlillərinə, habelə imkansız ailələrə qurban payı çatdırılıb.

Newscenter.az xəbər verir ki, rayonun axundunun xeyir-duası ilə qurban sovqatları ailələrə paylanılıb.

​Deputatın sözlərinə görə, bu cür xeyriyyə aksiyalarının məqsədi milli-mənəvi dəyərlərimizi təbliğ etmək, insanları birliyə, əmin-amanlığa səsləmək, aztəminatlı ailələrin, əlil, ahıl və kimsəsizlərin bayram sevincinə şərik çıxmaq, onları sevindirməkdən ibarətdir.

​Bayram sovqatı alan ailələr də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.

Ruhiyyə
Xəbəri paylaş