Şirvanda yanmış kişi meyiti aşkar edilib
Tarix: 21-07-2021, 23:42
Newscenter.az.21.07.2021. Şirvanda kişi meyiti tapılıb.
“Report”un Aran bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospektində yanmış kişi meyiti tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib və əraziyə baxış keçirilib.
Meyit tanınmaz hala düşdüyündən onun şəxsiyyətinin araşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.