Polislər İsmayıllıda şəhid ailələrini ziyarət edib
Tarix: 21-07-2021, 09:00
Newscenter.az.21.07.2021. İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın azadlığı uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan oğullarımızın ailələrinə baş çəkib, onların qayğıları ilə maraqlanıblar.
Newscenter.az DİN-ə istinadən xəbər verir ki, görüşlərdə dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, qəhrəmanlarımızın igidlik salnamələrindən danışılıb, ailələrə bayram sovqatları təqdim edilib.
Mehman