Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Salyanda pandemiya qaydalarını pozan məclis sahibi cərimələndi



Newscenter.az.21.07.2021. Salyan rayonunda pandemiya qaydalarını pozan şəxslər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində rayonun Qarabağlı kənd sakini Kamran Cavadovun fərdi yaşayış evinin həyətində mövcud qaydaları pozaraq 88 nəfərin iştirakı ilə məclis keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.

Mehman
Xəbəri paylaş