Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Samur-Abşeron kanalında 23 yaşlı gənc boğulub



Newscenter.az.21.07.2021. Samur-Abşeron su kanalında 23 yaşlı gənc boğulub.

Newscenter.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Xəbəri paylaş