Newscenter.az.21.07.2021. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları qurban bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrini və aztəminatlı ailələri ziyarət ediblər.
Newscenter.az DİN-ə istinadən xəbər verir ki, ziyarətlər zamanı polis əməkdaşları Qurban bayram münasibəti ilə bütün ailələri təbrik edib, qayğıları ilə maraqlanıb, gətirdikləri sovqatları təqdim ediblər. Şəhidlərimizin torpaqlarımızın bötüvlüyü uğrunda canlarından keçdiyi və hər zaman yaddaşlarda yaşayacağı qeyd olunub.
Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan şəhid və aztəminatlı ailələr göstərdikləri diqqətə görə, Tərtər Rayon Polis Şöbəsinin kollektivinə öz təşəkkürlərini bildiriblər.
Mehman