Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək



Newscenter.az.22.07.2021. "İyulun 25-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Azərbaycana səfər edəcək".

Bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, nümayəndə heyətinin üzvlərinin Bakıda rəsmi şəxslərlə görüşü nəzərdə tutulur: "İyulun 28-də isə Gəncə şəhərində birgə konfrans keçiriləcək. Konfransda Şuşa Bəyannaməsindən irəli gələn məsələlər müzakirə olunacaq".
Xəbəri paylaş