Newscenter.az.22.07.2021. Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazimiz sağalaraq Vətənə geri dönüb/
Fonddan Newscenter.az-a bildirilib ki, həmin şəxslər aşağıdakılardır:
1. Quliyev Adil Şahbaz oğlu
2. Əliyev Ruslan Mustafa oğlu
3. İlkin Rüstəmli Elçin oğlu
4. Əliyev Qismət Nəsib oğlu
5. Ağaşov Qulu Rövşən oğlu
6. Vəçhiyev Çingiz Məmməd oğlu
Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 62 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Sevinc