Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir neçə səfir geri çağrıldı-SİYAHI



Newscenter.az.23.07.2021. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar əsasında Qalib İsrafilov Azərbaycan Respublikasının Avstriya, Sloveniya və Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Qaley Allahverdiyev Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən. Vilayət Quliyev isə Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Newscenter.az xəbər verir ki, dövlət başçısının digər sərəncamları ilə Rövşən Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Kamil Xasiyev isə Serbiya Respublikasında, İrfan Davudov isə Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Xəbəri paylaş