Prezident Daşkəsəndə avtomobil yolunun əsaslı təmiri üçün 3 milyon manat ayırdı
Tarix: 23-07-2021, 14:20
Newscenter.az.23.07.2021. Prezident İlham Əliyev "Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Newscenter.az xəbər verir ki, sərəncamla yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.