Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Salyanda pandemiya qaydalarının pozulduğu toy məclisi aşkar edildi



Newscenter.az.23.07.2021. Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Seyidan kənd sakini Eldayar Quliyevin fərdi yaşayış evinin həyətində mövcud qaydaları pozaraq 65 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Mehman
Xəbəri paylaş