Newscenter.az.24.07.2021. Şabran rayonunda koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir. Əhalinin karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Karantin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülür.
Newscenter.az xəbər verir ki, Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində və qapalı məkanlarda sakinlərlə maarifləndirici söhbətlər aparıb, müəyyən edilmiş qaydalara riayət etməyə çağırıblar. Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.
Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
Mehman