Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Xəzər regionunda ən böyük dəniz donanmasına malikdir



Newscenter.az.24.07.2021. İyulun 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanda səfərdə olarkən, Şarl Mişelin möhtərəm prezident cənab İlham Əliyevlə görüşündə Azərbaycan-Avropa İttifaqı siyasi əlaqələri, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənubi Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Cənubi Qafqazda əməkdaşlığın prespektivləri haqqında fikir mübadiləsi aparılıb.

Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır.Ölkəmizin ticarətinin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9.5 milyard ABŞ dolları idi.Azərbaycanın Avropa ittifaqına üzv dövlətlərlə ixracının həcmi 6.8 milyard ABŞ dolları təşkil edir.Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir.Bu həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir.Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır.Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib.Beləliklə, Avropa ittifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.

Azərbaycanda 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə regionda yeni reallıq yaradıb. Artıq hər kəs görür və qəbul edir ki, Azərbaycanın razılığı və iştirakı olmadan regionda hər hansısa bir layihəni reallaşdırmaq mümkün deyil.Digər tərəfdən uzun illərdir qlobal əhəmiyyətli layihəni reallaşdırmaq mümkün deyil.Digər tərəfdən uzun illərdir qlobal əhəmiyyətli layihələri uğurla icra edən ölkəmizin beynəlxalq arenada qazandığı etibarlı tərəfdaş imici də daha da möhkəmlənib. Artıq müxtəlif dövlətlər, beynəlxalq və regional təçkilatlar heç bir tərəddüd etmədən Azərbaycan ilə əməkdaşlığa can atır.

Təbii ki,ötən illər ərzində ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq platforması bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlara uyğun şəkildə daha da inkişaf etdirilə bilər.Dövlətimizin başçısının da bəyan etdiyi kimi, Azərbaycana dost və tərəfdaş ölkələr Ermənistanın işğalından azad edilən ərazilərimizin bərpasında iştirak edə bilərlər.Artıq sıralarında Avropa dövlətlərinin də olduğu bir sıra ölkələrin şirkətlərinin bu prosesə qoşulduqları məlumdur.

Digər tərəfdən müharibədən sonra kommunikasiyaların açılması regionda yeni əməkdaşlıq üçün imkanlar yarada bilər.Bu səbəbdən də 10 noyabr 11 yanvar üçtərəfli bəyanatlarında əksini tapan kommunikasiyaların açılması məsələsinin həllini tapması da genişmiqyaslı əməkdaşlıq üçün yaxşı imkanlar vəd edir.Elə Prezident Şarl Mişel də ölkəmizə səfəri zamanı Avropa ittifaqının regional əməkdaşlıq səylərində iştirakl etmək arzusunu ifadə edir.Həmçinin o Azərbaycan – Ermənistan dövlət sərhəddinin delimitasiyası məsələsində də Avropa İttifaqının yaxından iştirak etməyə hazır olduğunu bəyan etdi.Bu da ittifaqın xoş niyyətindən xəbər verir.

Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusundadır. Dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin birgə mətbuat konfransında da bir çox mühüm məqamlara aydınlıq gətirildi.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev mətbuat konfransında Azərbaycan həqiqətlərini bütün dünyanın diqqətinə bir daha çatdırmaq dövlətimizin haqlı mövqeyini qətiyyətlə bəyan etdi.”Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”

Tural Məmmədov-
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Xəbəri paylaş