Newscenter.az.24.07.2021. 44 günlük Vətən Müharibəsi Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qələbə ilə başa catmasından sonra ərazisinin 20 faizə yaxın hissəsini Ermənistanın işğalından azad edən Azərbaycan dağıdılmış ərazilərinin bərpası kimi çox nəhəng vəsait tələb edən bir prosesin içindədir. Dövlət özünün bütün maliyyə imkanlarını bərpa prosesinə cəlb etməyə çalışır. Buna görə də bir çox istiqamətlərdə dövlət xərclərinin azaldılması üçün addımlar atılır. Dövlət vəsaitlərə bu qədər kəskin ehtiyac duyduğu bir zamanda bir çox yüksək və orta vəzifəli məmurlar xidməti avtomobillərini təyinatı üzrə istifadə etməyərək sanki şəxsi mülkiyyəti kimi istifadə edərək, ayrılmış yanacağı israf etmək həvəsinə düşüblər.
Bəzi məmurların xidməti maşın sevdası o qədər ifrata varıb ki, “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərara əsasən dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirməkdir. Eyni zamanda dövlət orqanları xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində təyinatı üzrə istifadəsi və saxlanılmasına nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alınmasını qəti şəkildə bildirilir.
Bəzi vəzifəli şəxslərə tapşırılıb ki, rəhbərlik etdikləri dövlət orqanlarında və onların yerli bölmələrində, dövlət orqanlarının strukturuna daxil olmayan, tabeliyində olan dövlət büdcəsindən maliyyələşən qurumlarda (idarə, müəssisə və təşkilatlarda) bu qərarla müəyyən edilmiş normalara ciddi riayət olunmasına nəzarət etsinlər.
Cox təəsüf ki, bəzi dövlət qurumlarında xidməti avtomobillərlə bağlı təyinatı üzrə istifadə etməməklə israfçılığa yol verilməsi Dövlət büdcədən milyonlarla vəsaitin havaya sovrulması deməkdir. Dövlət qurumlarının bütün xərcləmələrində israfçılığın qarşısını almaq, səmərəliliyi təmin etməyin əsas yolu Dövlət puluna maksimum dərəcədə qənaət etməklə israfcılığa yol verməməkdir.
Əli İbrahimov-hüquqşünas