Newscenter.az.24.07.2021. Milli Məclisin deputatı Şahin Seyidzadə Qobustan rayonunda fərdi vətəndaş qəbulu keçirib.
Newscenter.az xəbər verir ki, bu barədə millət vəkili özünün facebook sosial şəbəkə hesabında məlumat verib. Bildirib ki, vətəndaş qəbulu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tərəfdaşlıgı ilə hüquqi yardımla bağlı olub.
Ümumilikdə 12 vətəndaşın iştirak etdiyi qəbulda mülki, əmək, cinayət məcəllələrinə dair məsləhətlər verilib, müraciət edənlərin sualları cavablandırılıb.
Deputat Şahin Seyidzadə qəbul zamanı hüquqi yardımın təşkili ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırova təşəkkür edib.
NEWSCENTER.AZ