Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Küləkli hava şəraiti daha bir neçə gün davam edəcək



Newscenter.az.24.07.2021. Bakıda və Abşeron yarımadasında iyulun 25-də gözlənilən hava şəraiti hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə,

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti, Bakıda gecə 23-25° isti, gündüz 29-31° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

İyulun 25-dən 27-si gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəy, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
Xəbəri paylaş