Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Portaldan qeydiyyatdan keçmədən toy edən şəxs cərimələndi



Newscenter.az.24.07.2021. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Pirsaat ərazisində yerləşən "Baxçalı" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, adıçəkilən şadlıq sarayının icarədarı İ.Huseynov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək, məclisdə 120 nəfər qonağın iştirak etməsini təşkil edib.

Yol verilən qayda pozuntusu ilə bağlı obyektlərin icarədarları 4 000 manat məbləğində cərimə olunub.

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Padar qəsəbəsində, Kolanı və Talış kəndlərində yerləşən dörd fərdi yaşayış evinin həyətində keçirilən toy məclislərində də pandemiya qaydalarının pozulduğu və müəyyən edilmiş saydan artıq qonaqların iştirak etdiyi müəyyən edilib.

Həmin toy məclislərinin sahibləri ilə izahedici söhbətlər aparılıb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Mehman
Xəbəri paylaş