Newscenter.az.25.07.2021. "Report"un Qərb Mərkəzinin məlumatına görə, Daşkəsən şəhər ərazisində keçirilən toy mərasimində qonaqlar arasında mübahisə yaşanıb.
Bir nəfər bıçaqlanıb. O, ağır halda xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
Toy mərasimində ürək nahiyəsindən bir bıçaq zərbəsi ilə qətlə yetirilən, Daşkəsən rayon Alaxançallı kənd sakini, 1998-ci il təvəllüdlü Eldəniz Mustafa oğlu Namazovdur.
Faktla bağlı araşdırma aparılır.