Newscenter.az.25.07.2021. Ermənilər son şanslarını da itirirlər: “saman çöpü”ndən yapışmaqla, “dəryadan xilas olmağı” bacarmayacaqlar
Bəlkə bir az pafoslu görünəcək, amma mütləq deməliyəm ki, insanın içində və həm də səmimi olan vətən, millət sevgisi hər şeydən öncədir. İyul ayının 23-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqeləri atəşə tutması nəticədə bir hərbi qulluqçumuzun, gizir Telman Yaqublunun şəhid olması xəbəri bütün xalqmız kimi, məndə də dərin hiddətə səbəb oldu. Təxribatın işğaldan azad etdiyimiz ərazidə baş verməsi onların təmas xəttində süni gərginlik yaratmaq kimi çirkin niyyətindən xəbər verir. Öz ölkəsinin daxilində bütün dayaqlarını itirən Ermənistanın diktatura rejiminin cəbhədə təxribatlar yaratmaqla xalqın qəzəbindən yayınmağa çalışması yeni taktika deyil. Azərbaycanın Silahlı Qüvvələrinin qəhrəman əsgərləri səbəblərindən asılı olmayaraq, cəbhə xəttində erməni tərəfinin törətdiyi hər bir təxribata həmişə layiqincə cavab verib, ağır zərbələrlə düşməni yerində oturdub. Şəhidimiz qisası qısa zamanda alındl: düşmən tərəfi yenə də ciddi itkilər verərək geri oturduldu, törətdiyi təxribatlara görə layiqli cəzasını aldı.
Bununla yanaşı, mənfur düşmənlərimiz tərəfindən xarici qüvvələrin təsiri altında Zəngəzur dəhlizinin açılmasına maneçilik törədilir. Əvəzində Rusiya və İrana birbaşa çıxış tələb edirlər. Bu tipli tələbləri məğlub deyil, qalib ölkələr irəli sürə bilər. Ermənistanın belə “ərköyün” davranışlarına rəvac verən qüvvələr Avropa İttifaqı, Fransa və bir sıra dövlətlərin ikili standartlara əsaslanan siyasətidir. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də AzTV-yə müsahibəsində bu məsələlərə də toxunub: “...Bəli, Ermənistanın məyusluğu davam edəcək. Çünki görünür ki, onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar. Çünki onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik...”
Azərbaycan xalqı əmindir ki, dövlət başçısı İlham Əliyevin Rusiyaya səfəri Zəngəzur dəhlizinin həllinə müəyyən təkan verəcək. Siyasi analitiklər də hesab edirlər ki, Azərbaycan diplomatiyası Prezidentin rəhbərliyi ilə bu uğura da imza atacaq.
Bu əminlik bir də ondan qaynaqlanır ki, Prezident İlham Əliyev dünyaya mesaj verərək bildirdi: “...Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. “İstəməsə, zorla həll edəcəyik...”
Bəli, Azərbaycan bir müstəqil dövlət kimi bu gün çox güclüdür! Azərbaycan xalqı Xilaskar Liderinin, müstəqil dövlətinin ətrafında sıx birləşərək Ermənistanın 30 illik işğalına son qoydu! Azərbaycan dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünün varlığını təsdiqlədi!
Hamımızın ürəyimizdə olan ümdə arzu tezliklə çin olsun - gözəl Qarabağımızda Böyük Qayıdışla füsunkar Zəngəzur dəhlizinin acılışını, erməni faşistlərinin işğalı altından azad olmuş bütün dilbər guşələrdə birlik, həmrəylik, ləyaqət bayramını qeyd edək.
Yaşasın Azərbaycan əsgəri! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!
Aygül, BAĞIROVA,
YAP Gənclər Birliyinin könüllü fəalı.