Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident bir neçə səfiri geri çağırdı, yeni səfirlər təyin etdi-SİYAHI



Newscenter.az.26.07.2021. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə ölkədə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirlərin geri çağırılması ilə bağlı sərəncamlar imzalayıb.

Newscenter.az xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamlar əsasında, Cavanşir Axundov Azərbaycanın Latviyada, Fuad İsgəndərov Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı, Vaqif Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, Xəzər İbrahim Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin digər sərəncamları ilə Anar Məhərrəmov Azərbaycanın Estoniyada, Elnur Sultanov Latviyada, Fuad İsgəndərov İsveçrə Konfederasiyasında, Vaqif Sadıqov Belçika Krallığında, Qalib İsrafilov BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, Rəşad Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin ediliblər.
Xəbəri paylaş