Newscenter.az.27.07.2021. Milli Məclisin deputatı Şahin Seyidzadə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Qobustan Gənclər Evi sosial xidmət müəssisəsinin heyəti və gənclər üçün yaradılan yeni imkanlarla tanış olub.
Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən millət vəkili bildirib ki, sosial xidmət müəssisəsinin tərkibində gənclər üçün bədii yaradıcılıq dərnəyi, vətənpərvərlik, kino, gənc intellektuallar, kompyuter hazırlığı və tədrisi, səyahətçilər klubları fəaliyyət göstərir:
"Regionlarda yaradılmış bu tip mərkəzlərin mövcudluğu Azərbaycan gəncliyinin formalaşmasında xüsusi rol oynayır və inkişafına töhfə verir.
"Qobustan Gənclər Evi" sosial xidmət müəssisəsinin rəhbərlik və heyətinə dəvət üçün təşəkkür edir, fəaliyyətdə uğurlar arzulayıram!".
NEWSCENTER.AZ