Newscenter.az.27.07.2021. Ötən gün 2218 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, iyulun 26-da DİN, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqini həyata keçirib.