Newscenter.az.27.07.2021. Gənc müstəqil Azərbaycan Respublikası bu gün sosial-iqtisadi inkişaf, islahatların dərinləşdirilməsi, cəmiyyətin daha da demokratikləşdirilməsi baxımından regionun lider, dünyanın isə aparıcı dövlətlərindən birinə çevrilib.Bütün bunlarla yanaşı ölkə vətəndaşlarının sosial-rifah halının yaxşılaşdırılmasına xidmət edən uğurlu daxili siyasət kursu da həyata keçirilir. Həmin siyasətin ən mühüm tərkib hissələrindən biri isə paytaxtla yanaşı, ölkə regionlarının da sürətli inkişafının təmin edilməsidir.Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilərkən, onun qarşısında genişmiqyaslı vəzifələr dayanırdı. Böyük xilaskar Heydər Əliyevin qurub-yaratdığı gənc müstəqil Azərbaycan Respublikasının suverenliyinin qorunub saxlanılması, ölkənin ərazi bütövlüyünün təmin edilməsi, təbii sərvətlərdən əldə edilən gəlirlərdən bütün vətəndaşların bəhrələnməsinə nail olunması, xalqın rifahının daha da yaxşılaşdırılması, ordunun gücləndirilməsi, elm və təhsilin sovet stereotiplərindən xilas edilməsi, infrastrukturun yeniləşdirilməsi və sairə məsələlərin hamısı bir nömrəli vəzifə təsiri bağışlayırdı.
Bu gün ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını tədricən azaltmaq, qeyri-neft sektorunun inkişafına nail olmaq və iqtisadiyyatı şaxələndirmək dövlətimizin qarşıya qoyduğu başlıca məqsədlərdən biridir.Bu məqsədlə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə neft-qaz sektorundan əldə edilmiş gəlirlərdən səmərəli istifadə edərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək, dayanıqlı və möhkəm iqtisadiyyata nail omaq üçün ciddi əməli tədbirlər görülür, əsaslı və köklü islahatlar həyata keçirilir.Bu baxımdan Azərbaycan Respublikası regionlarının müvafiq dövrlər üzrə sosial-iqtisadi inkişafını müəyyən edən Dövlət proqramlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.
Bugünədək əldə edilmiş nəaliyyətlər, qazanılmış uğurlar bizə əsaslı ümid və əminlik verir ki, başlanılmış inkişaf tədbirlərinin məntiqi davamı olaraq növbəti illərdə də Dövlət proqramı çərçivəsində görüləcək genişmiqyaslı işlər regionların sosial-iqtisadi inkişafına əhəmiyyətli dərəcədə öz müsbət təsirini göstərirməklə ölkə iqtisadiyyatının daha da dayanıqlı və dinamik inkişafına səbəb olacaqdır.
Məleykə Ağayeva,
YAP Sabirabad rayon təşkilatının sədri