Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rövnəq Abdulayev aktyor Müdhət Aydını ölkə vətəndaşlığından imtina etmək məcburiyyətində qoyub



Newscenter.az.27.07.2021. Tanınmış aktyor, bir sıra serialların baş rolunun ifaçısı Müdhət Aydın ölkə vətəndaşlığından imtina etmək məcburiyyətində qalıb.

Newscenter.az xəbər verir ki, bu barədə aktyor özü facebook profilində məlumat verib. Aktyorun həmin fikirlərini təqdim edirik:

"Oğlum Aydınov Adgözəl Müdhət oğlu uzun ilıərdir ki, Neft Şirkətinin təhlükəsizlik sistemində 350 manat maaşla mühafizəçi işləyirdi. Ali təhsillidir. Həmçinin daxili qoşunlarda xidmət edib. Rəhbərliyə, şəxsən Rövnəq müllimə dəfələrlə mütaciət etdim ki, oğlumu növbə rəisi keçməsinə kömək etsin.
Nəticədə təhlükəsizliyin rəisi Füzuli Hacıyev və onun müavini Şaiq Osmnov oğlumun ərizə yazmasını tələb edib"

Aktyor daha sonra qeyd edib ki, məsələ ilə bağlı millət vəkili Könül Nurullayevaya da müraciət edb: "Çünki 7 nəfərlik ailədə yalnız işləyən oğlum idi. Nəticə də oğlumu işdən çıxardılar. Bircə yolum qalır, Azərbaycan vətndaşlığından çıxıb bu ölkədən getmək".

NEWSCENTER.AZ
Xəbəri paylaş