Newscenter.az.27.07.2021. İsmayıllı rayonunda evdə oğurluq hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 18 000 manat pul oğurlamaqda şübhəli bilinən Qalagah kənd sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Zeynalov və X.Məmmədov saxlanılıblar.