Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ətraf mühitin qorunmasına xidmət edəcək yeni dövlət standartı təsdiq edilib



Newscenter.az.27.07.2021. Ətraf mühitə olan mənfi təsirlər üzərində müntəzəm nəzarət imkanlarının yaradılması məqsədilə AZS ISO 14001:2021(az) “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartı təsdiq edilib.

Newscenter.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, ISO 14001 beynəlxalq standartın son versiyasına əsaslanan standartın layihəsi Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin birgə əməkdaşlığı ilə hazırlanıb. Yeni dövlət standartının qüvvəyə minməsi ilə əlaqədar AZS 835-2015 (ISO 14001-2004) “Ətraf mühitin idarəetmə sistemləri. İstifadə üçün təlimata dair tələblər. Prinsiplər və struktur” və AZS 054-2001 “Ətraf mühitin idarəetmə sistemləri. Tətbiq etmə üzrə təlimat və tələblər” dövlət standartları qüvvədən düşüb.

Yeni standartın tətbiqi enerjidən və sudan istifadənin səmərəliliyinin artırılmasına, qanunvericiliyin tələblərinin sistemli şəkildə yerinə yetirilməsinə və ətraf mühitin qorunmasına xidmət edəcək.

Standart ölkə prezidentinin “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının həyata keçirilməsinə dair təsdiq edilən Tədbirlər Planına əsasən hazırlanıb.

Sevinc
Xəbəri paylaş