Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şahdəniz yatağının gəlirləri 3,5 milyon dolları keçib



Newscenter.az.28.07.2021. 2007-ci ildən etibarən iyulun 1-nə qədər Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 3,738 mln. ABŞ dolları təşkil edib.

Bu barədə məlumat Newscenter.az-a Dövlət Neft Fondundan bildirilib. Qeyd edilib ki, cari ilin yanvar ayının 1-dən hedabat dövrünə qədər isə Şahdəniz yatağından əldə edilən gəlirlər 70,978 mln. ABŞ dollar olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 57,131 mln. ABŞ dollar təşkil edib.

Sevinc
Xəbəri paylaş