Ermənistan tank və 120 millimetrlik minaatanlardan mövqelərimizi atəşə tutur
Tarix: 28-07-2021, 10:42
Newscenter.az.28.07.2021. Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilib.
Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, buna baxmayaraq Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.
Mehman