Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hepatit B virusuna məruz qalma ehtimalı varsa nə etməli?



Newscenter.az.28.07.2021. “Əgər siz Hepatit B-yə məruz qalmısınızsa, mümkün qədər tez, ən səmərəlisi 24 saat içində HBİG və Hepatit B peyvəndi olunmalısınız. Bu -məruz qalmadan sonra yoluxmanın qarşısını almaq üçün ən səmərəli yoldur”.

Newscenter.az xəbər verir ki, bu fikirləri doktor Aysel Əskərova 28 iyul –Beynəlxalq Hepatitlə Mübarizə Günü ilə bağlı etdiyi paylaşımda qeyd edib. Aysel Əskərova bildirib ki, Hepatit B-yə iynə batması, gözünüzə qan və başqa infeksion maye sıçraması, hepatitli biri ilə cinsi əlaqədə olma, stomatoloji, kosmetik, cərrahi bir prosedur zamanı yoluxmaq olur.

Bəs görəsən, peyvənd sənədləşməsi mövcud deyilsə, Hepatit A və ya Hepatit B peyvəndinin əlavə dozunu etmək və ya bütün peyvənd cədvəlini təkrarən tətbiq etmək zərərlidirmı?

Aysel Əskərova hesab edir ki, zərərli deyil: “Zərurət olduqda, Hepatit A və ya Hepatit B peyvəndini əlavə dozda tətbiq etmək zərərli deyil”.

NEWSCENTER.AZ
Xəbəri paylaş