Newscenter.az.28.07.2021. Dövlət Miqrasiya Xidmətində 2021-ci ilin ilk 6 ayının yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib
Newscenter.az xəbər verir ki, tədbirdə 2021-ci ilin ilk 6 ayı ərzində miqrasiya sahəsində görülən işlər, əldə olunan nəticələr və statistik rəqəmlər barədə ətraflı məlumat verən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov hesabat dövrü ərzində ölkə rəhbərliyi tərəfindən Xidmət qarşısında müəyyən edilmiş vəzifələrin vaxtında və uğurla yerinə yetirildiyini bildirib. Hesabat dövründə şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların daha da sadələşdirilməsi, əcnəbilərin öz hüquqlarından səmərəli istifadəsinə şərait yaradılması, elektron xidmətlərdən geniş istifadə olunması istiqamətində tədbirlərin icrasının eləcə də müxtəlif sosial layihələrin davam etdirildiyi vurğulanıb.
COVID-19 infeksiyası ilə əlaqədar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də ölkə vətəndaşlarının sağlamlığının və təhlükəsizliyinin qorunması, onların rahatlığının təminatı məqsədilə məlumatlandırma tədbirlərinin davam etdirildiyini deyən Xidmət rəisi hesabat dövründə elektron xidmətlərin yeniləndiyini və sadələşdirildiyini vurğulayıb. Tələb olunan sənəd siyahısı optimallaşdırılıb və güzəştlər müəyyən edilib.
Onlayn formatda keçirilən mətbuat konfransında ölkə televiziyalarından, müxtəlif informasiya agentliklərindən jurnalistlər iştirak edib. Sonda jurnalistləri maraqlandıran suallar Xidmət rəisi tərəfindən cavablandırılıb.
Sevinc