Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mustafa Şentop: "Üçtərəfli görüşlərin keçirilməsi sülhə nail olmaq üçün hədəflənib”



Newscenter.az.28.07.2021. “Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın Azərbaycanın yanında olması başlanğıc yox, nəticədir”.

Bunu Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop keçirdiyi mətbuat konfransında deyib.

O vurğulayıb ki, XXI əsrdə beynəlxalq aləmdə yeni paradiqmalar meydana çıxır: “Müharibə sonrası meydana çıxan məsələlər düşündürücüdür. Dünyanın hər yerində mülki əhalinin günahsız yerə qanları axır. Üçtərəfli görüşlərin keçirilməsi sülhə nail olmaq üçün hədəflənib”.

TBMM sədri Tunisdə baş verən hadisələrə də münasibət bildirib: “Bu kimi məsələlər dövlətlərin daxili məsələsidir. Tunis tarix boyu çox çətin vaxtlar keçirib. Lakin siyasi sabitlik təmin edilmədi. Orada Konstitusiya Məhkəməsi tam şəkildə hələ də qurula bilməyib. Tunisdə Fransa hakimiyyətində olan sistem var. Müəyyən boşluqlar var. Fövqəladə vəziyyətlə bağlı parlament fəaliyyətinin dayandırılması düzgün deyil”.
Xəbəri paylaş