Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməlidir



Newscenter.az.28.07.2021. Bu gün ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını tədricən azaltmaq, qeyri-neft sektorunun inkişafına nail olmaq və iqtisadiyyatı şaxələndirmək dövlətimizin qarşıya qoyduğu başlıca məqsədlərdən biridir.

Bu məqsədlə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə neft-qaz sektorundan əldə edilmiş gəlirlərdən səmərəli istifadə edərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək, dayanıqlı və möhkəm iqtisadiyyata nail omaq üçün ciddi əməli tədbirlər görülür, əsaslı və köklü islahatlar həyata keçirilir.

Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi önəmli hadisədir. Qeyri-neft sektorunun inkişafı üçün dağ-mədən sənayesi xüsusi perspektivlərə malikdir. Dağ-mədən sənayesi qeyri-neft sektorunda aparıcı sahəyə çevrilir. Təkcə qızıl yox, digər qiymətli metalların hasilatı Azərbaycanda bundan sonra daha geniş miqyasda öz həllini tapacaq.

Dövlət proqramları əsasında həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün respublikamızın bütün regionlarında sosial-iqtisadi inkişafa, tərəqqiyə nail olunur. Bu isə ümumilikdə ölkə iqtisadiyyatının dayanıqlığının daha da artırılmasına xidmət etmiş olur.

Bu gün respublikamızın ən ucqar yaşayış məntəqələrində yaşayan əhalinin dayanıqlı elektrik enerjisinə, təbii qaza, içməli suya olan tələbatının tam ödənilməsi ilə bağlı əsaslı işlər görülür, rahat və geniş yollar salınır, ölkə üzrə hər il yeni və müasir standartlara cavab verə biləcək səviyyədə təhsil ocaqları, səhiyyə müəssisələri, mədəniyyət mərkəzləri, idman kompleksləri tikilərək vətəndaşların istifadəsinə verilir.

Dövlət başçısı ölkəmizdə aparılan sürətli quruculuq işlərinin hər bir rayonda geniş vüsət alacağını dəfələrlə diqqətə çatdırıb: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər bir rayonda insanların normal yaşaması, ölkəmizin sosial-iqtisadi tərəqqisi üçün dövlət siyasətinin gücləndiriləcəyini bəyan edib: "Bu, bizim siyasətimizin konkret nəticələridir. Bizim siyasətimiz sosialyönümlüdür. Bir daha demək istəyirəm ki, sosial siyasətin əsas məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır".

Azərbayanın tibbi turizm mərkəzlərindən olan Naftalan şəhəri günü-gündən gözəlləşir və inkişaf edir. Şəhərdə yeni sanatoriyanın açılması şəhərin turizm potensialını günbəgün artırır. Mövcud sahəyə böyük investisiyalar cəlb olunur və artıq 10-dan artıq müalicə mərkəzləri hotellər fəaliyyətdədir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Aztv-yə müsahibəsi zamanı vurğulayıb: “Naftalana gələn qonaqların, – istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar olsun, - ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər, eyni zamanda, Suqovuşan qəsəbəsinə. Şiddətli döyüşlər gedən əraziyə gedib baxmaq həm onlar üçün maraqlı olar, həm də ki, Suqovuşan çox mənzərəli bir yerdir, - dağlar, böyük su anbarı və həyat o bölgələrə qayıdır”.

Bugünədək əldə edilmiş nəaliyyətlər, qazanılmış uğurlar əsaslı ümid və əminlik verir ki, başlanılmış inkişaf tədbirlərinin məntiqi davamı olaraq növbəti illərdə də Dövlət proqramı çərçivəsində görüləcək genişmiqyaslı işlər regionların sosial-iqtisadi inkişafına əhəmiyyətli dərəcədə öz müsbət təsirini göstərməklə ölkə iqtisadiyyatının daha da dayanıqlı və dinamik inkişafına səbəb olacaqdır.

Tural Məmmədov-
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Xəbəri paylaş