Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub



Newscenter.az.28.07.2021. Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırası bir qədər genişlənib. Bu sıraya yeni özünüməşğulluq formaları kimi bir sıra istehsal-xidmət sahələri (aqroturizm, telefon təmiri, çatdırılma xidməti, avtorəngsaz, xalça yuma xidməti, kombi təmiri və quraşdırılması, sanitar qovşağın təmiri və quraşdırılması) də əlavə olunub.

Newscenter.az xəbər verir ki, bununla da artıq vətəndaşlar həmin sahələr üzrə də özünüməşğulluq proqramına müraciət edə və proqramın dəstəyi ilə bu sahələrdə öz kiçik bizneslərini qura biləcəklər.

Ümumilikdə proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 44 iqtisadi fəaliyyət sahəsi üzrə biznes paket təqdim edilir.

Cari ilin 6 ayı ərzində proqrama 7 min nəfər işsiz və işaxtaran şəxs cəlb edilib. Proqrama müraciət edən şəxslər elektron reyestrdə toplanır, qiymətləndirmə əsasında növbəlilik prinsipi tətbiq edilir.

Mehman
Xəbəri paylaş