Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Saatlıda karantin qaydalarının pozulduğu toy aşkar edilib



Newscenter.az.28.07.2021. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlərlə rayonun Mustafabəyli kənd sakini E.Nərimanovun təyin olunmuş qaydaları pozaraq evinin həyətində 68 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi ilə profilaktiki söhbətlər aparılıb və mövcud qaydalara ciddi riayət etməsi tapşırılıb.

Mehman
Xəbəri paylaş