Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana qızıl zərgərlik məmulatlarının keçirilməsi cəhdinin qarşısı alınıb



Newscenter.az.29.07.2021. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Newscenter.az DGK-ya istinadən bildirir ki, Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb, "Qırmızı Kanal" buraxılış sisteminə yönləndirilib. Vətəndaşın yükləri monitordan keçən zaman şübhəli predmetlərin təsviri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus qara rəngli əl çantasının içərisində sellofan paketdə əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan qızıl zərgərlik məmulatları - 13 cüt sırğa və 1 ədəd tək sırğa, 12 ədəd üzük-sırğa-kulon dəsti, 4 ədəd üzük-sırğa dəsti, 3 ədəd kulonlu boyunbağı, 3 ədəd boyunbağı, 2 ədəd kulon, üzərində kiçik ölçülü qaşlar olan 2 ədəd qolbaq və 1 ədəd üzük aşkar olunub.

Aşkar edilən predmetlər qızıldan hazırlanmış, ümumi çəkisi 326 qram olan zərgərlik məmulatlarıdır.

Sevinc
Xəbəri paylaş